Çempionlar Liqasında mövsümün ilk PÜŞKÜ

Xəbərlər
18 İyun 2024 16:36
723
Çempionlar Liqasında mövsümün ilk PÜŞKÜ

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, 2024/25 mövsümünün ilk püşkündə 28 komanda 14 cüt təşkil edib.

Mərasimdə azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi Albaniyanın “Eqnatiya”nın da rəqibi bilinib. Onlar ilk mərhələdə Bosniya və Herseqovinanın “Borats” klubu ilə qarşılaşacaqlar.

Bu mərhələnin ilk oyunları iyulun 9-10-da keçiriləcək. Cavab görüşləri 16-17-də baş tutacaq.

I təsnifat mərhələsi
“Slovan” – “Struqa”
TNS – “Deçiç”
“Borats” – “Eqnatiya”
“Hamrun” – “Linkoln”
“Balkani” – “Santa Koloma”
“Flora” – “Selye”
“Klaksvik” – “Differdanj”
“Panevejis” - HİK
RFŞ – “Larne”
“Vikinqur” – “Şemrok Rovers”
“Virtus” – “Styaua”
“Lüdororets” – “Dinamo” Bt
“Ordabası” – “Petrokub”
“Dinamo” Mn – “Pünik”

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

İdman.biz

Məqalədə: