Andrey Lunyov üçün problem - tibbi baxışdan keçə bilməyib

Xəbərlər
15 İyun 2024 11:16
5 091
Andrey Lunyov üçün problem - tibbi baxışdan keçə bilməyib

“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyovun “Zenit”ə transfer olunmaq istəyi reallaşmayıb.

İdman.biz xəbər verir ki, buna səbəb onun tibbi baxışdan keçə bilməməsi olub.

Bunu Rusiya mətbuatına qapıçının sabiq agenti Anton Smirnov açıqlayıb.

Lunyovun adı hazırda Moskva klubu “Dinamo” ilə də hallanır.

Qeyd edək ki, “Qarabağ”dan ayrıldıqdan sonra 32 yaşlı qolkiper azad agent statusunu daşıyır.

İdman.biz