“Tottenhem” fransalı futbolçu Tanqay Ndombele ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər.
2019-cu ildə “Lion”dan 62 milyon avroya transfer olunan 27 yaşlı yarımmüdafiəçi ümidləri doğrultmayıb. O, son 3 mövsümü icarə əsasında “Lion”, “Napoli” və “Qalatasaray”da keçirib.
Qeyd edək ki, Ndombele 2022/2023 mövsümündə “Napoli” ilə, 2023/2024-də isə “Qalatasaray”la, müvafiq olaraq, İtaliya və Türkiyə çempionu titullarını qazanıb.
İdman.biz