Çerçesov: "Azərbaycan yığması topa nəzarət edirdi"

Xəbərlər
11 İyun 2024 21:13
2 294
Çerçesov: "Azərbaycan yığması topa nəzarət edirdi"

“Oyunun müəyyən məqamlarında Azərbaycan yığması topa nəzarət edirdi”.

İdman.biz xəbər verir ki, bunu Qazaxıstan yığmasının yeni təyin olunmuş baş məşqçisi Stanislav Çerşesov deyib.

Azərbaycan yığması ilə keçirilən yoldaşlıq oyununu tribunadan izləyən rusiyalı mütəxəssis komandaların müdafiədə səhvlərə yol verdiklərini bildirib: “Qazaxıstan yığmasının hər iki oyununu izlədim. Azərbaycanla qarşılaşmada niyə topu rəqibə verdiklərini anlamadım. Yoldaşlıq görüşü olduğu üçün komandalar müdafiədə daha zəif təsir bağışladılar. Matçdan sonra soyunub-geyinmə otağına gedib futbolçulara nə üzərində işləməli olduğumuzu dedim. Sentyabra kimi səhvlərimizi düzəltməliyik”.

Qeyd edək ki, Azərbaycan yığması Qazaxıstana 3:2 hesabı ilə qalib gəlib.

İdman.biz