Andrey Lunyovun TƏLƏBİ

Xəbərlər
11 İyun 2024 17:26
5 266
Andrey Lunyovun TƏLƏBİ

“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyovun hələ heç bir klubla anlaşa bilməməsinin səbəbi bəlli olub.

İdman.biz xəbər verir ki, bunu rusiyalı qapıçının sabiq agenti Anton Smirnov açıqlayıb.

O bildirib ki, Lunyov onu heyətinə qatmaq istəyən “Dinamo”dan yüksək maaş tələb edir: “Andrey üçün Rusiyada yalnız bir variant qalıb. Bu da “Dinamo”dur. Məndə olan məlumata görə, Andrey Moskva klubundan illik bir milyon maaş istəyir”.

Qeyd edək ki, Lunyov 2023/24 mövsümü başa çatdıqdan sonra “Qarabağ”dan ayrılıb.

İdman.biz