Lunyov “Spartak” variantını şayiə adlandırıb

Xəbərlər
1 İyun 2024 21:22
670
Lunyov “Spartak” variantını şayiə adlandırıb

“Şayiələrə münasibət bildirmək istəmirəm”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

O, Rusiya mətbuatına “Spartak”dan təklif alması ilə bağlı suala cavab verib: “Spartak”ın mənimlə maraqlanması? Bunlar mənasız söz-söhbətlərdir”.

Qeyd edək ki, Lunyov “Qarabağ”ın yeni müqavilə təklifinə müsbət cavab verməyib. 32 yaşlı qapıçının Rusiya və Səudiyyə Ərəbistanı klublarından təklif aldığı xəbərləri yayılıb.

İdman.biz