Azərbaycan çempionatının II Liqasında oynamaq uğrunda pley-offun ilk oyunu xoşagəlməz hadisə ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, AFFA “Şəfa” – “Hypers” matçında yaşananlara biganə qalmayıb.
Qurumun İntizam Komitəsi azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəfa”nl 150 manat cərimələyib.
Eyni hadisə Əvəzedicilər liqasında XXXVI turun “Turan Tovuz-2” – “Kəpəz-2” oyunundan əvvəl də yaşanıb. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz-2” də 150 manat cərimələnib.
İdman.biz