“Yurqorden”dən Musa Qurbanlı ilə bağlı “Qarabağ”a CAVAB

Xəbərlər
28 May 2024 19:14
3 184
“Yurqorden”dən Musa Qurbanlı ilə bağlı “Qarabağ”a CAVAB

“Yurqorden” Musa Qurbanlını “Qarabağ”a satmaqdan imtina edib.

İdman.biz xəbər verir ki, İsveç mətbuatı Ağdam klubunun təklifinin qəbul olunmadığını açıqlayıb.

Bildirilib ki, “Qarabağ”ın 2-3 milyon İsveç kronu (250-300 min manat) transfer təklfi qəbuledilməzdir. “Yurqorden”in Musanın keçidinə 7 milyon kron və əlavə 3 milyon bonus ödədiyi qeyd olunub. Klubun idman direktoru Bosse Anderson bu şərtlərlə Qurbanlının transferinə yaşıl işıq yandırmayacaqlarını bildirib. O, yayda azərbaycanlı hücumçunun transfer şərti ilə icarə verilməsinin nəzərdə tutduqlarını deyib.

Qeyd edək ki, ötən ilin yayında İsveç klubuna keçən Musa komandanın heyətində möhkəmlənə bilməyib. O, hazırki mövsümdə 2 oyunda cəmi 32 dəqiqə meydanda olub.

İdman.biz