Yığmamızın baş məşqçisi: “Avropa çempionatında ən güclülərdən biri bizik” - VİDEO

Müsahibə
27 May 2024 15:19
460
Yığmamızın baş məşqçisi: “Avropa çempionatında ən güclülərdən biri bizik” - VİDEO

“Hazırlıqlarımız iki aydır başlayıb. Bu, çempionatın final ərəfəsində olduğu üçün məşqləri fasilələrlə keçdik”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev mətbuat üçün açıq məşqdə deyib.

O, Avropa çempionatı öncəsi fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssisin sözlərinə görə, komandada hər şey qaydasındadır: “Sabah Bakıda sonuncu məşqimizdir. Tam hazırıq. Heç bir problemimiz yoxdur. Bizi çətin oyunlar gözləyir. İnanıram ki, hazırlığın bəhrəsini görəcəyik. Ağır qrupa düşmüşük. Dünya reytinqində ikinci yerdəyik. Ən güclü komandalardan biri də bizik və iddialıyıq. Fikrimiz odur ki, qrupu zədəsiz keçək”.

O bildirib ki, rəqiblərimizdən Fransa və İtalyanı təhlil ediblər: “Yaxşı rəqiblərdir. Amma zəif tərəfləri də var. Bunlar üzərində işləyib, özümü yaxşı tərəfdən göstərəcəyik. Biz daha sürətli və daha yüngül komandayıq. Komandada texnika da güclüdür. Fikrimcə, bu üstünlüklərimizdən istifadə etməliyik ki, nəticə qazanaq. Qrupda daha az güc itirmək istəyirik. Bunu etməyi bacarsaq, daha uzağa gedə bilərik. Əsas məqsədimiz budur. Hər çempionluqdan sonra qarşımıza həm xalqımız, həm də rəhbərlik final tapşırığı qoyur. Çünki son Avropa çempionuyuq. Fikrimcə, ora gedib çıxa biləcəyik. 2022-ci ildəki komandanı indiki ilə müqayisə etmək istəməzdim. Bu komandamız da zəif deyil, güclü heyətimiz var. Bəzi oyunçular var ki, komandaya qoşub daha güclü vəziyyətə gətirmişik. Futbolçularımız artıq neçə ildir bu yarışlarda iştirak edirlər və özlərini daha hazır hiss edirlər”.

Qeyd edək ki, millimiz iyunun 1-dən 8-nə kimi Avropa çempionatında mübarizə aparacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: