Maqsud Adıgözəlov: “Neftçi"ni udmalı idik və bu vəzifənin öhdəsindən gəldik”

Xəbərlər
25 May 2024 21:28
301
Maqsud Adıgözəlov: “Neftçi"ni udmalı idik və bu vəzifənin öhdəsindən gəldik”

“Biz buraya qələbə qazanmağa gəlmişdik”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın prezidenti Maqsud Adıgözəlov deyib.

O, Azərbaycan Premyer Liqasının XXXVI turunda səfərdə “Neftçi” üzərində qazanılan 1:0 qələbədən sonra sevincini jurnalistlərlə bölüşüb: “Özünüz hansı hisslər keçirdiyimi görürsünüz. Biz əzmkarlıq sayəsində qələbə qazandıq. Komanda sonadək vuruşdu. Bu gün udmalı idik və bu vəzifənin öhdəsindən gəldik”.

Qeyd edək ki, “Sabah” 58 xalla mövsümü 3-cü pillədə başa vurub.

Banuçiçək Hüseynli
İdman.biz