AVRO-2024-ün D qrupunda I tura bu gün yekun vurulub.
İdman.biz xəbər verir ki, dördüncü oyun günü Düsseldorfda yekunlaşıb.
Çempionatın favoritlərindən sayılan Fransa ilk matçında qələbə qazanıb. Didye Deşamın yetirmələri Avstriya ilə qarşılaşmada çox güc sərf ediblər. Oyunun taleyini həll edən yeganə top avtoqoldan vurulub. Avstriyalı müdafiəçi Maksimilian Veber top öz komandasının qapısından keçirib.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
AVRO-2024
Qrup mərhələsi, I tur
17 iyun, D qrupu
23:00. Avstriya - Fransa - 0:1
Qol: Maksimilian Veber, 38 (öz qapısına)
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Düsseldorf. “Düsseıdorf Arena”
İdman.biz