Avropa futbolunda görünməmiş hadisə

Xəbərlər
15 İyun 2024 09:33
6 656
Avropa futbolunda görünməmiş hadisə

Avropa çempionatları tarixində görünməmiş hadisə baş verib.

İdman.biz xəbər verir ki, bu, AVRO-2024-ün Almaniya – Şotlandiya qarşılaşmasında yaşanıb.

Bundestimin 37 yaşlı baş məşqçisi Yulian Naqelsman 38 yaşlı qapıçı Manuel Noyeri meydana buraxıb. Yarışın 64 illik tarixində ilk dəfə final mərhələsində meydana çıxan futbolçu öz baş məşqçisindən yaşca böyük olub. Bunadək belə hadisə yaşanmayıb.

Qeyd edək ki, bu matçda Almaniya 5:1 hesablı qələbə qazanıb.

İdman.biz

Məqalədə: