Nigeriyalı hücumçu “Aston Villa”nın hədəfində

Xəbərlər
17 İyun 2024 15:08
113
Nigeriyalı hücumçu “Aston Villa”nın hədəfində

“Aston Villa” nigeriyalı forvardla güclənə bilər.

İdman.biz xəbər verir ki, Birmingem klubu Keleçi İheanaçio ilə maraqlanır.

27 yaşlı futbolçu hazırda sərbəst status daşıyır. O, 2017-ci ildən çıxış etdiyi “Lester”i tərk edib. Onunla İngiltərə Premyer Liqasının digər klubları da maraqlanır.

Qeyd edək ki, 2023/2024 mövsümündə İheanaço İngiltərə Çempionşipdə 26 oyunda 6 qol vurub, 3 ötürmə edib. “Lester” çempionatı 1-ci pillədə başa vuraraq, Premyer Liqaya vəsiqə qazanıb.

İdman.biz