Sautqeytdən rekord

Xəbərlər
17 İyun 2024 13:00
124
Sautqeytdən rekord

Qaret Sautqeyt İngiltərə millisi ilə 4-cü dəfə final mərhələsində mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, mütəxəssis bu göstəricidə yığmanın rekordunu təkrarlayıb.

Ona qədər yalnız Uolter Uinterbottom 4 böyük turnirdə “Üç Aslan”a rəhbərlik edib. Sonuncu DÇ-1950, DÇ-1954, DÇ-1958 və DÇ-1962-də komandanın “sükanı arxası”nda olub.

Sautqeyt DÇ-2018, AVRO-2020, DÇ-2022-də də komandaya rəhbərlik edib. İngiltərə onun başçılığı altında bütün turnirlərə qələbə ilə başlayıb. Tunisi 2:1 (DÇ-2018), Xorvatiyanı (AVRO-2020) 1:0, İranı 6:1 (DÇ-2022) hesabı ilə məğlub edən britaniyalılar AVRO-2024-də Serbiyanı bir qolla üstələyib.

Qeyd edək ki, Sautqeyt final mərhələlərindəki oyun sayında da İngiltərənin rekordçusudur – 20 matç.

İdman.biz