“Bavariya”da yeni baş məşqçi

Xəbərlər
25 May 2024 18:20
118
“Bavariya”da yeni baş məşqçi

Almaniyanın “Bavariya” klubunu yeni mövsümdən kimin çalışdıracağı bəlli olub.

İdman.biz xəbər verir ki, Münhen təmsilçisinin yeni baş məşqçisi Vinsent Kompani olacaq.

O, Bundesliqa klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayacaq. “Bavariya” bu təyinat üçün Kompaninin çalışdırdığı “Bernli”yə 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, məşqçilik karyerasına Pep Qvardiolanın köməkçisi kimi başlayan belçikalı “Anderlext” və “Bernli” klublarını çalışdırıb.

İdman.biz