“Neftçi” və “Sabah”ın taleyi FİFA referisinə tapşırılıb

Xəbərlər
24 May 2024 23:11
147
“Neftçi” və “Sabah”ın taleyi FİFA referisinə tapşırılıb

Azərbaycan Premyer Liqasında XXXVI turun təyinatları müəyyənləşib.

İdman.biz xəbər verir ki, son turun mərkəzi görüşünü Əliyar Ağayev idarə edəcək.

FİFA dərəcəli hakim “Neftçi” – “Sabah” matçında ədaləti qoruyacaq. Bu görüş Avropa kuboklarına vəsiqə qazanmaq baxımından hər 2 komanda üçün böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, son turun oyunları mayın 25-26-da olacaq.

25 may (şənbə)
“Zirə” – “Səbail”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Zirə İdman Kompleksinin stadionu, 19:00

“Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”, 19:00

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00

26 may (bazar)
“Turan Tovuz” –“ Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu, 17:00

“Araz-Naxçıvan”– “Qarabağ”
Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”, 19:30

İdman.biz