Stefano Pioli “Milan”dan gedir

24 May 2024 12:46
557
Stefano Pioli “Milan”dan gedir

“Milan”ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda komandanı tərk edəcək.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

58 yaşlı italiyalı baş məşqçi “rossanerilər”i 2019-cu ildən çalışdırır. Onun rəhbərliyi altında klub 2021-22 mövsümündə İtaliya çempionu olacaq.

Qeyd edək ki, Pioli mayın 25-də komandanı mövsümün son oyununda “Salernitana”ya qarşı matça çıxaracaq.

İdman.biz

Məqalədə: