“Beşiktaş”ın 11-ci Türkiyə kuboku - VİDEO

Xəbərlər
24 May 2024 00:12
308
“Beşiktaş”ın 11-ci Türkiyə kuboku - VİDEO

Türkiyə kubokunda 2023/2024 mövsümünün final matçı keçirilib.

İdman.biz xəbər verir ki, həlledici matçda “Beşiktaş” və “Trabzonspor” üz-üzə gəlib.

Məhsuldar keçən qarşılaşmada qapılara 5 top vurulub. İstanbul klubu 90+4-cü dəqiqədə fərqlənərək, 3:2 hesabı ilə qalib gəlib.
“Beşiktaş” tarixində 11-ci dəfə ölkə kubokuna yiyələnib. Komanda sonuncu dəfə 2011-ci ildə bu uğura nail olmuşdu.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə kubokunu 18 dəfə qazanıb. “Trabzonspor”un hesabında 9 titul var.

Türkiyə kuboku
Final
“Beşiktaş” – “Trabzonspor” – 3:2
Qollar:
Gezzal, 45+3 (pen.). Salih, 54. Al Musrati, 90+4 – Onuaçu, 13. Pepe, 89.

İdman.biz