Qasperini avrokuboklar tarixinə düşüb

Xəbərlər
23 May 2024 08:55
269
Qasperini avrokuboklar tarixinə düşüb

Can Pyero Qasperini avrokuboklar tarixinə düşüb.

İdman.biz xəbər verir ki, buna səbəb onun rəhbərlik etdiyi “Atalanta”nın Avropa Liqasının qalibi olmasıdır.

Qasperini avrokuboklar tarixinə ilk finalında qalib gələn ən yaşlı məşqçi kimi düşüb. İtaliyalı mütəxəssis buna 66 yaş 117 günlüyündə nail olub.

Qeyd edək ki, “Atalanta” finalda “Bayer”ə 3:0 hesabı ilə qalib gəlib.

İdman.biz