“Çelsi”nin baş məşqçisi postuna namizəd müəyyənləşib

Xəbərlər
22 May 2024 09:11
120
“Çelsi”nin baş məşqçisi postuna namizəd müəyyənləşib

“Çelsi”nin baş məşqçisi postuna əsas namizəd açıqlanıb.

İdman.biz xəbər verir ki, İngiltərə klubu Miçelin xidmətində maraqlıdır.

“Jirona”nın 48 yaşlı çalışdırıcısı Maurisio Poçettinonun xələfi ola bilər. Londonluların alternativ variantı isə “Lester”i çalışdıran Entso Mareskadır.

Qeyd edək ki, Poçettino 2023-cü ilin iyulundan “Çelsi”ni çalışdırır. Onun rəhbərliyi altında klub Premyer Liqada 6-cı yeri tutub.

İdman.biz

Məqalədə: