Rəşad Sadıqov: “Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq”

Xəbərlər
18 May 2024 19:57
96
Rəşad Sadıqov: “Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq”

“Gərgin oyunun şahidi olduq. Oyuna yaxşı köklənmişdik. Meydanın şəraitini nəzərə alsaq, regionlarda günəşdə oynamaq çətindir. Bunu oyunun gedişatında hiss edirdik”.

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXXV turunda “Kəpəz” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib: “Lazım olan qələbəni qazandıq. Təhlükəli hücumlarımız var idi. Qapımızda qol epizodu vermədən oyunu başa vura bildik. Qarşıda bizi "Səbail"lə bundan da vacib oyun gözləyir”.

Rəşad Sadıqov əcnəbi VAR hakimlərinin təyinatını münasibət bildirib: “Məsələ bizim hakimərin səhv etməsi ilə bağlı deyil. Cəmiyyətdə qəribə fikir formalaşıb ki, əcnəbilər gəlib deyə biz öz hakimlərmizə güvənmirik. Əcnəbi məşqçi, futbolçu gətirə biliriksə, hakim də gətirmək olar. Çempionatda 5-6 səviyyəli hakim var. Əcnəbiərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq. Bu praktikanı Türkiyədə də reallaşdırdılar. Son turlarda gərginlik artır. Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq. Sabah ola bilər ki, 10-12 yaxşı hakimimiz oldu. O zaman xaricilərə ehtiyac qalmayacaq”.

Qeyd edək ki, “Zirə” səfərdə “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz