"İdman Bizdə"nin növbəti buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı sabiq futbolçu Nuqzar Kvirtiya olub.
Veteran oyunçu öz yutub səhifəsindəki müəllif proqramı çərçivəsində Şahruddin Məhəmmədəliyevlə görüş, həmçinin Səudiyyə Ərəbistanına Kriştiano Ronaldonun yanına səfəri haqda danışıb.
Nuqzar AVRO-2024-ə vəsiqə qazanan Gürcüstan millisinin uğuruna da şərh verib. "Qarabağ"ın inkişafına da toxunan Kvirtiya öz karyerasının yaddaqalan məqamlarını xatırlayıb və futbol fristaylından bəhs edib.
Onun müsahibəsi olan videoçarxı təqdim edirik:
İdman.biz
