2027-ci ildə keçiriləcək qadınlar arasında dünya çempionatının yeri bəlli olub.
İdman.biz xəbər verir ki, bu barədə qərar FİFA-nın 74-cü Konqresində qəbul olunub.
Mundiala Braziliya ev sahibliyi edəcək. Yarış üçün Belçika, Almaniya və Niderland da birgə sifariş versə də, FİFA çempionatı Cənubi Amerika ölkəsinə həvalə edib.
Qeyd edək ki, 2027-ci ilin iyun-iyul aylarında keçiriləcək çempionata 32 komanda qatılacaq.
İdman.biz