Lunyovun menecerindən “Dinamo” ilə bağlı AÇIQLAMA

Xəbərlər
16 May 2024 15:38
92
Lunyovun menecerindən “Dinamo” ilə bağlı AÇIQLAMA

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Moskva “Dinamo”su ilə danışıqlar aparmır.

İdman.biz xəbər verir ki, bunu 32 yaşlı rusiyalı qolkiperin agenti Anton Smirnov açıqlayıb.

O, Andreyin Premyer Liqa təmsilçisinin maraq dairəsinə düşməsi barədə xəbərlərə münasibət bildirib: “Biz “Dinamo” ilə keçidlə bağlı danışıqlar aparmırıq. Klubdan bizə təklif gəlməyib”.

Qeyd edək ki, “Dinamo”nun “Qarabağ”la müqaviləsi yayda başa çatacaq futbolçunu azad agent kimi heyətinə qatmaq istədiyi iddia olunur.

İdman.biz