“Real”dan yeni rekord

Xəbərlər
15 May 2024 11:24
334
“Real”dan yeni rekord

“Real” La Liqada bir mövsüm ərzindəki quru oyun sayında tarixinin rekorduna imza atıb.

İdman.biz xəbər verir ki, Madrid klubu çempionatın 20 matçında qapısını toxunulmaz saxlayıb.

Bu, “Alaves”lə qarşılaşmada rəsmiləşib. Paytaxt təmsilçisi rəqibini 5:0 hesabı ilə məğlub edib.

Bunadək “Real”ın rekordu 19-a bərabər idi. Madridlilər həmin göstəriciyə 1986/87, 1987/88 və 2019/20 mövsümlərində nail olub.

İdman.biz

Məqalədə: