Ramilin baş məşqçisinə vaxt verilib

Xəbərlər
7 May 2024 19:26
Ramilin baş məşqçisinə vaxt verilib

Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” klubunun İdarə Heyətinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, baş məşqçi Mustafa Gürselin vəzifəsində qalmasına qərar verilib.

Uğursuz nəticələrdən sonra Ramilin komandasında vəziyyət gərginləşib. Son turda “Bodrumspor”a 0:3 hesablı məğlubiyyət klubda təcili toplantı ilə yadda qalıb. Fevralın 22-də “Kocaelispor”un baş məşqçi vəzifəsində Ertuğrul Sağlamı əvəz edən Gürsel də komandanı çətin vəziyyətdən çıxara bilməyib. İclasda onun istefası qəbul olunmayıb. 50 yaşlı mütəxəssisə mövsümün sonuna kimi vaxt verilib.

Qeyd edək ki, Şeydayevin komandası növbəti turda “Sakaryaspor”la qarşılaşacaq. Komanda 55 xalla 6-cı pillədə qərarlaşıb.

İdman.biz