Rahil Məmmədov Polşada qalmalıdır!

Xəbərlər
7 May 2024 16:29
Rahil Məmmədov Polşada qalmalıdır!

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun şərəfini qoruduğu LKS-in Ekstraklasada yerini itirməsi Polşada bir sıra müzakirələrə səbəb olub.

İdman.biz xəbər verir ki, Polşa mətbuatı autsayderin heyətini təhlil edib.

Ekspertlər bəzi oyunçuların aşağı dəstədə çıxış etməsi və ya başqa ölkəyə getməsinin əleyhinədir. Onların rəyinə əsasən LKS-in ən yaxşı oyunçuları mütləq Ekstraklasada qalmalıdır.

Həmyerlimizin də adı bu siyahıdadır: “Rahil Məmmədov Ekstraklasaya layiqdir”.

Polşalılar 29 yaşlı mərkəz müdafiəçisinin transferinin cəmi 300 min avro olduğu və digər klubların bundan yararlanmasının zəruriliyi qənaətindədir. Müqaviləsi 2025-ci ilin yayına qədər olan Məmmədov cari mövsümdə 13 matçda iştirak edib.

Qeyd edək ki, Rahilin çıxış etdiyi görüşlərdəki oyunu orta hesabla 7,07 xala layiq görülüb.

İdman.biz

Məqalədə: