9 ilə 16 gün qalmış və ya “Qarabağ”dan sonra “Səbail”

Xəbərlər
7 May 2024 13:02
9 ilə 16 gün qalmış və ya “Qarabağ”dan sonra “Səbail”

“Qəbələ” qələbə həsrətinə son qoyub.

İdman.biz xəbər verir ki, bölgə təmsilçisi Premyer Liqada 14, bütün turnirlər nəzərə alınmaqla 13 oyunluq qələbəsizliyi sona çatdırıb.

Çempionatın XXXIII turunda “Səbail”ə 3:2 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 2024-cü ildə ilk dəfə 3 xal qazanıb. Son 14 görüşdə üç heç-heçə və 11 məğlubiyyəti olan “Qəbələ” 136 gün əvvəl - 2023-cü il dekabrın 22-də “Sabah”ı 1:0 hesabı ilə yenəndən sonra qalibiyyət üzü görmürdü.

“Qəbələ” 2024-cü ildə çempionatda qalib gəlməsə də, kubokda sevinib. Fevralın 9-da “Araz-Naxçıvan”a 2 cavabsız qol vuran komanda sonrakı 87 gündə 13 görüşdə 2 heç-heçə və 11 məğlubiyyətlə üzləşib.

Kaxaber Tsxadadze “Qəbələ”nin baş məşqçisi kimi ilk qələbəsini qazanıb. O, əvvəlki 11 qarşılaşmada 2 heç-heçə və 9 məğlubiyyət görüb. Gürcüstanlı mütəxəssis Azərbaycanda işlədiyi illərdə son qələbəsini “İnter”dəki son matçında - 2015-ci il mayın 22-də “Qarabağ” üzərində qazanıb – 2:1. Tsxadadze 9 ilin tamamlanmasına 16 gün qalmış, yəni 3272 gündən sonra qalibiyyət yaşayıb.

Qeyd edək ki, “Qəbələ”nin Premyer Liqada 10-cu yeri tutduğu XXXII turda rəsmiləşib.

İdman.biz

Məqalədə: