Oblaka Londondan müştəri

Xəbərlər
7 May 2024 09:05
96
Oblaka Londondan müştəri

“Atletiko”nun qapıçısı Yan Oblakı heyətinə qatmaq istəyən klubun adı bəlli olub.

İdman.biz xəbər verir ki, 31 yaşlı sloveniyalı karyerasını İngiltərədə davam etdirə bilər.

Onun xidmətində “Çelsi” maraqlıdır. Heyətini yeniləməyi planlaşdıran madridlilərin Oblakın London klubuna transferinə razılıq verəcəyi gözlənilir.

Qeyd edək ki, cari mövsümdə 50 matça çıxan qapıçı 13 dəfə qapısını toxunulmaz saxlayıb. O, ümumilikdə 64 qol buraxıb.

İdman.biz

Məqalədə: