“Qarabağ”dan REKORD

Xəbərlər
6 May 2024 10:25
“Qarabağ”dan REKORD

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri buna XXXIII turda nail olublar.

“Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayı 50-yə yüksəlib. Bu, klubun tarixində yeni rekorddur. Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu.

Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.

İdman.biz