“Çelsi” Konteni qaytarır

Xəbərlər
2 May 2024 19:02
“Çelsi” Konteni qaytarır

Antonio Konte yenidən "Çelsi"nin baş məşqçisi təyin oluna bilər.

İdman.biz xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

London klubunun rəhbərliyi hazırki baş məşqçi Maurisio Poçettinonun işindən razı deyil. "Zadəganlar" son günlərdə Konte ilə əlaqə saxlayıblar. Əgər danışıqlar uğurlu yekunlaşsa, italiyalı növbəti mövsümdə Londona köçəcək. O, 2016-2018-ci illərdə "Çelsi"yə rəhbərlik edib və komandaya İngiltərə çempionu titulunu qazandırıb.

Qeyd edək ki, 54 yaşlı məşqçinin son iş yeri "Tottenhem" (2021-2023) olub. Kontenin adı İtaliyada "Milan" və "Napoli" ilə də hallanır.

İdman.biz