“Bavariya”, yoxsa “Real”: Tarix nə deyir?

Xəbərlər
1 May 2024 09:32
365
“Bavariya”, yoxsa “Real”: Tarix nə deyir?

Çempionlar Liqasının yarımfinal mərhələsi “Bavariya” və “Real” arasında məhsuldar heç-heçə ilə start götürüb.

İdman.biz xəbər verir ki, “Bavariya” avrokuboklar tarixində 2-ci dəfə iki oyundan ibarət mərhələyə evdə "sülh"lə - 2:2 hesabı ilə başlayıb.

Münhen klubu yalnız 1995/96 mövsümündə belə duruma düşüb. Onda da rəqib İspaniya klubu olub. Səfərdə “Barselona”ya 2:1 hesabı ilə qalib gələn “Bavariya” yarımfinalı adlayıb və sonda kubokun sahibi adını qazanıb.

Ümumilikdə isə Almaniya nəhəngi 12-ci dəfə evdə heç-heçə ilə başladığı pley-off xarakterli matçda səfərə qələbə üçün yollanacaq. Əvvəlki 11 duelin 2-də mərhələni “Bavariya” keçib.

“Real” isə tarixində 25-ci dəfə avrokuboklaırn cavab matçına səfər heç-heçəsindən sonra çıxacaq. Əvvəlki 24 duelin 23-də mərhələni Madrid klubu keçib. Yalnız 1990/91 mövsümündə Çempionlar kubokunun 1/4 finalında Moskvada “Spartak”la qolsuz heç-heçə edəndə “Real” evdə uduzub – 1:3.

Qeyd edək ki, “Real” – “Bavariya” matçı mayın 8-də keçiriləcək.

İdman.biz

Məqalədə: