Yığmamızdan 1 qələbə, 1 məğlubiyyət

Xəbərlər
1 May 2024 09:12
275
Yığmamızdan 1 qələbə, 1 məğlubiyyət

Minifutbol üzrə Azərbaycan millisi Monteneqroda təlim-məşq toplanışını davam etdirir.

İdman.biz xəbər verir ki, yığmamız Avropa çempionatına hazırlıq məqsədilə təşkil olunan hazırlıq prosesində beynəlxalq turnirə də qatılıb.

Elşad Quliyevin baş məşqçisi olduğu komanda ilk oyunda dünya çempionu Rumıniyaya 0:1 hesabı ilə məğlub olub. Millimiz ikinci qarşılaşmada Bosniya və Herseqovinaya 6:0 hesabı ilə qalib gəlib.

Komandamızın qollarına fərqli futbolçular imza atıblar. Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov qol sevinci yaşayıblar.

Qeyd edək ki, yığmamız bu gün ev sahibi ilə oynayacaq.

İdman.biz

Məqalədə: