Danimarkalı müdafiəçidən vida mesajı

Xəbərlər
21 May 2024 23:04
257
Danimarkalı müdafiəçidən vida mesajı

Simon Kyaer mövsümün sonunda “Milan”ı tərk edəcək.

İdman.biz xəbər verir ki, bu barədə danimarkalı futbolçu özü məlumat verib.

35 yaşlı müdafiəçi həftəsonu İtaliya klubunda son oyununu keçirəcəyini bildirib: “4 ildə burada çox şeyə nail oldum. İndi ayrılmaq vaxtıdır. “San-Siro”da son oyunumu keçirəcəm. Sonra məni Danirmarka yığmasında növbəti sərgüzəşt gözləyir”.

Qeyd edək ki, Simon 2020-ci ildən “Milan”da çıxış edir. O, 4 ildə A Seriyasında 90 oyun keçirib və 2021/22 mövsümündə Skudettonu qazanıb.

İdman.biz