“Qarabağ”ın yeni futbolçuları axtardığı yerlər bəlli olub

Xəbərlər
30 Aprel 2024 16:32
“Qarabağ”ın yeni futbolçuları axtardığı yerlər bəlli olub

“Qarabağ” Futbol Akademiyası bölgələrdə futbolçu axtarışına start verib.

İdman.biz xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Azərbaycan çempionu bununla bağlı futbolçu seçimləri elan edib. Seçimlərdə 2010, 2011, 2012, 2013, 2014, 2015-ci il təvəllüdlülər iştirak edə bilərlər.

“Qarabağ” istedad axtarışı Qusar və Şirvanda gerçəkləşəcək. Seçimlər mayın 2-də saat 11:00-dan etibarən Qusar rayonunun Şirvanlı kənd stadionu, ertəsi gün saat 17:00-dan etibarən Şirvan şəhər Olimpiya İdman Kompleksində keçiriləcək.

İdman.biz

Məqalədə: