Millimiz Monteneqroda 2 oyuna çıxacaq

Xəbərlər
30 Aprel 2024 10:50
130
Millimiz Monteneqroda 2 oyuna çıxacaq

Bu gün minifutbol üzrə Azərbaycan millisi Monteneqroda start götürəcək beynəlxalq turnirdə 2 oyun keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız turnirin açılış matçında Rumıniya ilə üz-üzə gələcək.

Görüş saat 18:00-da başlayacaq. Elşad Quliyevin yetirmələri 2-ci oyunda Bosniya və Herseqovina ilə qarşılaşacaq. Bu görüş isə saat 23:15-də keçiriləcək.

Milli komanda turnir çərçivəsində son matçını isə sabah meydan sahibi Monteneqronun yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, turnir Azərbaycan yığması üçün iyunun 1-dən 9-dək Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

İdman.biz

Məqalədə: