“Neftçi”nin futbolçusu: “Onlarla oynayanda hiss edirsən ki, qarşında rəqib var” - VİDEO

Müsahibə
23 Aprel 2024 14:50
258
“Neftçi”nin futbolçusu: “Onlarla oynayanda hiss edirsən ki, qarşında rəqib var” - VİDEO

“Hamı “Olimpiya” ilə oyunda vurduğum qollardan danışır, ancaq rəqibimiz çox güclü deyildi. Komanda yoldaşlarım da topları mənə ötürdüyünə görə bu qədər qol vura bilmişəm”.

Bunu İdman.bizə müsahibəsində “Olimpiya”ya ilə oyunda 38 qol “Neftçi”nin futbolçusu Aysun Seydiyeva deyib.

Onun sözlərinə görə, hazırda Yüksək Qızlar Liqasında vəziyyəti o qədər də yaxşı deyil, cəmi üç əsas rəqib var: “Neftçi” “Sumqayıt” və “Baku Juniors”. Bu komandalarla oynayanda çətin olur. Digərləri isə hələ o səviyyəyə gəlib çatmayıb. “Əsas problemlər maddiyyat və qadın komandalarına qarşı olan diqqətsizlikdir. Bilirik ki, “Sabah” və “Qarabağ”ın Yüksək Liqalarında qız komandaları yoxdur. Əgər onlar da “Neftçi”, “Sumqayıt”, “Qəbələ” kimi qadın futboluna diqqət yetirsələr, inkişaf da olar”.

O bildirib ki, keçən il də ən yaxşı “Sumqayıt” olub: “Çempion adını qazandılar. Bu il də kifayət qədər güclü rəqibdir. Onlarla futbol oynayanda hiss edirsən ki, qarşında rəqib var”.

Qeyd edək ki, “Neftçi” Yüksək Qızlar Liqasının XV turunda səfərdə Ağcabədinin "Olimpiya" komandasına 41 cavabsız qolla qalib gəlib.

Aytac Sahəd
İdman.biz

Məqalədə: