Krunoslav Renduliç: “Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır”

Xəbərlər
21 Aprel 2024 20:13
276
Krunoslav Renduliç: “Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır”

“Oyunu iki hissəyə bölmək lazımdır. Birinci yarıda çox yaxşı oynadıq, hər şey bizim nəzarətimiz altında idi”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç “Kəpəz”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXI turunda ələdə olunan 2:1 hesablı qələbəni şərh edib: “2-3 şansımız oldu ki, daha yaxşı istifadə edə bilərdik. Fasilədə futbolçulara dedim ki, 3-cü qolu vurmalıyıq. Fasilədən sonra qol vurmağa o qədər də iddialı görünmürdük. İkinci hissədən məmnun deyiləm. Bura xal götürmək üçün gəlmişdik. Ən önəmlisi də bu idi ki, üç xalı əldə edə bildik”.

Krunoslav Renduliç Azərbaycanda arenaların süni örtüklü olmasından şikayətlənib: “Xorvatiyada süni meydanda peşəkar futbol oynanılmır. Premyer Liqada çıxış edən bütün komandalar təbii meydançada oynamalıdır. Bütün həftə məşqləri təbii örtükdə edirik. 15 gün ərzində burada iki dəfə oynamaq asan deyil”.

“Sabah”ın baş məşqçisi oyundan əvvəl niyə isinmə hərəkəti etmədiklərinə aydınlıq gətirib: “Bu barədə çox pis təcrübəm var. Belə olan halda 2-3 oyunçu zədələnə bilər. Buna görə də risk etmək istəmirəm”.

Qeyd edək ki, “Sabah” səfərdə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz