Şahruddin son dəqiqə qoluna üzülüb - VİDEO

Xəbərlər
20 Aprel 2024 23:27
200
Şahruddin son dəqiqə qoluna üzülüb - VİDEO

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, onun formasını geyindiyi “Adana Dəmirspor” “Samsunspor”la heç-heçə oynayıb.

Şahruddinin komandası 33-cü turda Samsun səfərində qələbə hesabını qoruya bilməyib. Meydan sahibləri əsas vaxta əlavə olunmuş dəqiqələrdə bərabərlik qolunu vurublar – 1:1. 90 dəqiqə meydanda ola Məhəmmədəliyev 68-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, son 3 oyunda qələbə qazana bilməyən “Adana Dəmirspor” 41 xalla 11-cidir.

İdman.biz