“Barselona”nın “Nou Kamp”a qayıdacağı tarix müəyyənləşib

Xəbərlər
19 Aprel 2024 12:33
99
“Barselona”nın “Nou Kamp”a qayıdacağı tarix müəyyənləşib

“Barselona”nın “Nou Kamp” stadionuna qayıdacağı tarix müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı İspaniya klubunun direktorlar şurası verib.

La Liqa təmsilçisi doğma arenasına dekabrın 15-də qayıdacaq. Amma stadionun tutumu 60 faizlə məhdudlaşacaq. Öncədən komandanın noyabrın 29-da, klubun 125 illiyində öz stadionuna qayıtması planlaşdırılırdı.

Qeyd edək ki, “Barselona” 2023-cü ildən ev matçlarını “Nou Kamp”dakı yenidənqurma işlərinə görə Olimpiya stadionunda keçirir.

İdman.biz

Məqalədə: