Meydanda infarkt keçirən italiyalı futbolçu ölüb

17 Aprel 2024 12:56
486
Meydanda infarkt keçirən italiyalı futbolçu ölüb

İtaliyanın beşinci divizion komandası “Kastelfiorentino”nun yarımmüdafiəçisi Mattia Giani ölüb.

İdman.biz xəbər verir ki, 26 yaşlı futbolçu matç zamanı baş verən infarkt nəticəsində dünyasını dəyişib.

O, “Lançiotto Kampi”yə qarşı oyunun 15-ci dəqiqəsində meydanda yıxılıb. Ürəyi dayanan futbolçuya həkimlər ilkin yardım göstərdikdən sonra o, Florensiyada xəstəxanaya aparılıb. Amma Gianinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mattia Giani “Empoli”nin yetirməsi olub.

İdman.biz

Məqalədə: