Andrey Lunyov hansı telefonu işlədir?

Xəbərlər
16 Aprel 2024 19:09
1 260
Andrey Lunyov hansı telefonu işlədir?

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun istifadə etdiyi telefonun markası bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində 32 yaşlı qolkiperin özü deyib.

Azərbaycan çempionunun sözlərinə görə, istifadə etdiyi telefon yeni nəsil deyil. O, illər öncə hədiyyə olunan “iPhone”a sadiq qalmağının səbəbini açıqlayıb: “iPhone10”dan istifadə edirəm. Amma o, işləyir. Zəng gedir, yazır. Başqa nə lazımdır ki? Bir az donması var. Bu da bir az qıcılandırır. Bəlkə də yeniləmək vaxtı çatıb. Bu telefonu mənə Denis Laxter hədiyyə edib. O vaxtdan dəyişməmişəm. Mənə iş və ya başqa vacib səbəblərdən telefon lazım olsaydı, məsələyə daha çox diqqət ayırardım. Amma mən yalnız mesajlara cavab vermək və internetdən nəyisə tapmaq üçün yararlanıram”.

Qeyd edək ki, “iPhone10” 2017-ci ilin payızında satışa çıxarılıb.

İdman.biz