Qurban Qurbanovun gücünün sirri

Xəbərlər
16 Aprel 2024 15:29
Qurban Qurbanovun gücünün sirri

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun uğurlu fəaliyyətinin sirrini açıqlayıb.

İdman.biz xəbər verir ki, rusiyalı qolkiper “sports.ru”ya müsahibəsində mütəxəssisin ən üstün cəhətlərinə aydınlıq gətirib.

Lunyov onun gücünün işinə yanaşmasında olduğunu qeyd edib: “Qurbanovun üstünlüyü oyunçulara yanaşmasındadır. O, bütün tələblərini dərhal komandaya çatdırır. Arxadan danışmaq, altdan iş görmək yoxdur. Dürüstlük və ədəb var”.

Qeyd edək ki, Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 10 qat Azərbaycan çempionudur.

İdman.biz