Elxan Məmmədov təhqir edib və yumruq zərbəsi alıb

Xəbərlər
13 Aprel 2024 17:51
211
Elxan Məmmədov təhqir edib və yumruq zərbəsi alıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda II liqanın “Kür-Araz” – “Dinamo” oyunundan sonra yaşanan qalmaqal müzakirə olunub.

Görüş bitdikdən sonra meydan sahiblərinin futbolçusu Elxan Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu üzdən də 3 oyunluq cəzalanan Məmmədov klubunu 200 manat cəriməyə məruz qoyub.

Onun bu hərəkəti meydanda da cavabsız qalmayıb. “Dinamo”nun oyunçusu Elxan Zeynalabdinzadə rəqibi yumruqla vurub. Bu üzdən birbaşa qırmızı vərəqə alan futbolçu 4 oyun cəzalanıb, klubu 300 manat cərimələnib.

İdman.biz

Məqalədə: