Avrokubokların afrikalı bombardirləri - SİYAHI

Xəbərlər
13 Aprel 2024 11:19
115
Avrokubokların afrikalı bombardirləri - SİYAHI

Avrokubokların bir mövsümündə ən çox qol vuran afrikalı futbolçuların siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlinə 10 və daha çox qola imza atanlar daxil edilib.

Tarixdə 9 dəfə afrikalı futbolçu mövsümdə ən azı 10 qol vurub. Mütləq rekord Pyer-Emerik Obameyanqqa məxsusdur. Qabonlu hücumçu cari mövsümdə "Marsel"in 12 avrokubok qoluna imza atıb. O, həm də iki dəfə 10 qol səddini adlayan yeganə oyunçudur.

1. Pyer-Emerik Obameyanq – 12 (2023/24, "Marsel)
2. Sebastyan Aller – 11 (2021/22, "Ayaks")
3. Məhəmməd Salah – 11 (2017/18, "Liverpul")
4. Viktor Bonifeys – 11 (2022/23, "Bodo Qlimt", "Sent-Jiloaz")
5. Didye Droqba – 11 (2003/04, "Marsel")
6. Pyer-Emerik Obameyanq – 11 (2015/16, "Borussiya" D)
7. Sadio Mane – 10 (2017/18, "Liverpul")
8. Patrik Tvumasi – 10 (2017/18, "Astana")
9. Kiriel Dessers – 10 (2021/22, "Feyenoord")

Qeyd edək ki, eyni sayda qol vuran futbolçular Çempionlar Liqasındakı göstəricilərinə görə üstünlük qazanıblar.

İdman.biz

Məqalədə: