13 pillə sıçrayışla Avropada 13-cü – “Qarabağ”

Xəbərlər
11 Aprel 2024 11:33
13 pillə sıçrayışla Avropada 13-cü – “Qarabağ”

İFFHS-in dünya reytinqində ən çox irəliləyən klublar bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” 13 pilləlik sıçrayışa nail olub.

Qurban Qurbanovun yetirmələri “Top-100”də ən çox irəliləyən Avropa komandaları sırasındadır. Ağdam klubu bu göstəricidə 13-cüdür.

“Köhnə qitə”də yalnız 12 komanda daha yüksək irəliləyiş əldə edib. Dortmund “Borussiya”sı və Plzen “Viktoriya”sı hərəyə 23 pillə yüksəlib.

“Liverpul”la “Vilyarreal”da bu göstərici 20-yə bərabərdir. 5-ci yerdə 19 addım irəliləyən “Aston Villa” qərarlaşıb.

Qeyd edək ki, hesabında 176,75 xal olan “Qarabağ” 61-ci yerdən 48-ci pilləyə qədər irəliləyib.

İdman.biz