Ceyhun Sultanov: “Belə halda zəifliyimiz daha çox gözə çarpır”

Müsahibə
10 Aprel 2024 10:55
Ceyhun Sultanov: “Belə halda zəifliyimiz daha çox gözə çarpır”

“Siyasət Əsgərov hələlik yaxşı işlər görür”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, qadın futbolçulardan ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsində keçirdiyi oyunlardakı performansını şərh edib. Sultanovun sözlərinə görə, İsveçrənin 4:0 hesabı ilə qalib gəlməsi rəqibin gücündən xəbər verir: “Bu gün qadın futbolçularımızdan çox şey tələb etmək olmur. Gələcəkdə hər şeyin daha yaxşı olacağına inanıram. Görünən nəticə odur ki, əvvələ baxanda milli komandamızda bir az da olsa irəliləyiş var. Amma hər dəfə Liqaların səviyyəsi qalxdıqca, rəqiblər yüksək performansda olurlar. Belə halda da bizim zəifliyimiz daha çox gözə çarpır”.

Qeyd edək ki, millimiz qrupun ilk oyununda Macarıstanla heç-heçə (1:1 oynayıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: