“Qarabağ” 13 pillə irəliləyib: Dünyanın “Top-50”sində

Xəbərlər
9 Aprel 2024 09:01
191
“Qarabağ” 13 pillə irəliləyib: Dünyanın “Top-50”sində

Klubların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlində dünyanın ən yaxşı 507 klubu yer alıb.

Azərbaycan siyahıda üç klubla təmsil olunub. “Qarabağ” 176,75 xalla dünyanın 48-ci komandasıdır. Ağdam klubu ötən ayla müqayisədə 13 pillə irəliləyib.

“Neftçi” 62 xalla 377-cidir. Bakılılar bir addım yüksəlib. 58,75 xala malik “Sabah” 413-cü yerdədir. Paytaxt təmsilçisi 4 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ “Mançester Siti” başçılıq edir – 401 xal.

İdman.biz

Məqalədə: