Ceyhun Sultanov: “Bu, Qurban Qurbanova zərbə ola bilər” - VİDEO

Müsahibə
4 Aprel 2024 10:17
Ceyhun Sultanov: “Bu, Qurban Qurbanova zərbə ola bilər” - VİDEO

“Bu gün Qurban Qurbanovun başqa kluba getməyi nəyi dəyişəcək? Zənn edək ki, “Latsio”nun baş məşqçisi təyin edildi, nə olacaq?”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

Veteran futbolçu Avropanın diqqət mərkəzində olan Qurban Qurbanovun “Qarabağ”dan getməsini istəmir. Onun sözlərinə görə, 10 qat Azərbaycan çempionu komandadan getsə və yeni klubunda uğurlu olmasa, burda qurduğu struktur da çökəcək: “Sən bu gün Azərbaycan futbolunda uğurlu olmaqla, Avropada özünü tanıdırsan. Artıq onu da, “Qarabağ”ı da tanıyırlar. Nə ehtiyac ola bilər ki, qurduğun strukturu dağıdasan? Həm bizim futbola, həm də özünə zərbə ola bilər. Mən bu gün istəmərəm ki, o, “Qarabağ”dan Avropanın hansısa klubuna getsin”.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ” bu mövsüm Avropa Liqasında 1/8 finala yüksəlməyi bacarıb.

Emin Ağa
İdman.biz