Millimizin rəqiblərinin oyununda 5 qol

Xəbərlər
4 Aprel 2024 09:22
116
Millimizin rəqiblərinin oyununda 5 qol

19 yaşadək qadın futbolçular arasında AVRO-2025-in seçmə mərhələsində növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin yer aldığı B liqasının 4-cü qrupunda I tura yekun vurulub.

Yığmamızın Monteneqroya 0:4 hesabı ilə uduzduğu günün digər görüşündə Latviya ilə Bolqarıstan üz-üzə gəlib. Qrup matçlarına ev sahibliyi edən Baltikyanı ölkə təmsilçisi 1:4 hesablı darmadağına üzülüb.

Qeyd edək ki, II turda millimiz Bolqarıstanla, Monteneqro Latviya ilə üz-üzə gələcək.

1

Monteneqro

1

1

0

0

4-0

3

2

Bolqarıstan

1

1

0

0

4-1

3

3

Latviya

1

0

0

1

1-4

0

4

Azərbaycan

1

0

0

1

0-4

0

İdman.biz

Məqalədə: